Fransada 2017-ci ildə 233.915 nigah və 90.600 boşanma halı qeydə alınıb.
Ölkənin əhalisi təxminən 67 milyondur.
Fransada ( ümumiyyətlə Avropada) nigah sayının aşağı olmasının müxtəlif səbəbləri var, kısaca bəzilərin yazacam :
1 ) Fransızlar sevmədən ailə qurmur.
2 ) Onların birliktə yaşaması üçün nigaha ehtiyyacları yoxdur. Ailə olmaq üçün hər hansısa kağıza imza atmaq, toy etmək lazım deyil. İnsanların daha az evlənməyi Avropalıların ailə dəyərlərinə önəm vermədikləri anlamına gəlmir. Avropada ailə dəyərləri olmaması kimi fikirləri yaymaq cəmiyyətin bilgisizliyindən istifadə etməkdir.
3 ) Cəmiyyət və ailə basqısı yoxdur.
4 ) Ayrılıq vaxtı evli olmaq hüquqi baxımdan daha çox problem yaradır.
Qeyd etmək istəyirəm ki, Azərbaydanda 2019-cu ilin yanvar-noyabr ayları arası 58.300 min nigah və 15.600 boşanma halları qeydə alınıb.

Gorges de Kakouetta

374

32

  • @mmdv_a99 27 March, 2020

    Kaw bu düşünceler bizim insanlarimizdada formalasa, camaat ne deyer deye yoxda öz istedikleri kimi basqı altında qalmadan evlenseler

  • @nazli.gunel 26 March, 2020

    Her yerde bele olsa 😁❤️

  • @kirchner_alison9 26 March, 2020

    Work from home and make money online ask me how🔥

  • @konul_agayeva_____ 26 March, 2020

    Umumiyetle evlilik meselesinde valideynlerin mecburiyyeti ustunluk teşki edir bizde

  • @iamelvinaaa 26 March, 2020

    Fransa movzusuna artiq dmda Cavab vermiwem deye Azerbyacanda bowanma haqqinda movzuya Cavab vermek isteyirem) ..Artiq ele duwunuremki qadinlarin gozu aciqdi indiki qadinlarin xocu tehsillidir tehsilde olmasa artiq dunyagoruwleri ve fikirleri var..ve buna gorede artiq qadinlar ozlerine guvenirler...insanlarin fikirlerine artiq o qederde fikir vermirler...👍🏻artiq xeyanete,widdete,zorbaliga yox demeyi bilirler onagore bowanmalarin sayi artib deye duwunurem...ve elbetdeki bir ailede ki widdet,xeyanet varsa Eger qadin ekonomik cehetden ozgurduse yeni maddi durumunu ozu saglaya bilecekse xeyanete ve widdete esla dozmemelidir..bezen qadinlar ekonomik cehetden erlerine bagli oldugu ucun xeyanet ve widdete dozmeyi secirler cunki bilirlerki bowansalar Cox cetin veziyyete duwecekler..cunki burda aliment Cox as verilir tezminat teleb etmek ucun bezi yerlerde ruwvet isteyirler mehkemelerde...ve belece xowbext olmayan qadinlar sudun oturmagi secir

  • @yasemen.qonaqova 26 March, 2020

    Bir neçə il əvvəl universitetdə nigah haqqında yaranmış müzakirədə insanların sevgisinin və sədaqətinin bir kağız parçasından asılı olmadığını deyəndə və nigaha qarşı olduğumu soyləyəndə hamı mənə necə baxdı təsəvvür edin😀 sonra mənimlə eyni yaşda(o vaxt 19 yaşinda idik) bir qız dedi ki, bəs nigahın olmasa ərin səni atıb gedəndə neyləyəcəksən? Mən də cavab verdim ki, ərin səni atıb getmək fikrindədirsə bir kağız parçası onu saxlayacaq ki? Sonra yenə "bəs nigah olmasa uşaqlarına aliment necə alacaqsan sualı gəldi?" Birlikdə uzun müddət yaşamayacağın və səni atıb getmə ehtimalı olan birindən niyə uşaq dünyaya gətirirsən ki? Dedim. Uzun sözün qısası məncə cəmiyyətimizin əksər insanları ailə qurmağı hal-hazırda yaşadığı mühitdən qurtulub yeni və daha rahat mühitə düşmək ümidi ilə bilinçsizcə qururlar və nəticədə xoşbəxt olmayan ailədə böyüyən bədbəxt uşaqlar dünyaya gətirirlər

  • @konulsalamzadeh 26 March, 2020

    Ümumiyyətlə evlilik hər dəqiqə arzu duaya daxil olacaq qədər nə qeyri-adi nə də olağanüstü bir şey deyil, olmamalıdır.(eyn bizdəki kimi) Evliliyə uğur kimi baxan, uşaq dünyaya gətirmək həyatının məqsədi olan insanlar... nə qədər irəli gedə bilərki düşüncə olaraq. Bizim başqa vəzifələrimiz də var. Biz sadəcə bioloji varlıq deyilik.

  • @aygun.leplat1 26 March, 2020

    Azerbaijanda 90 % saxta hissler aileler var .

  • @konulsalamzadeh 26 March, 2020

    Bu məlumlatları afiş edib bizim ölkədə asmaq lazımdır. Siz nə qədər də məlumat versələr... bizimkilər inanmaq istədiklərinə və beyində olana inanacaqlar kor koranə. Kaş toplumlarımız bu düşüncələrə sahib olmaq istəyəcək qədər özlərini sorğulasalar

  • @tehmine_nagisoy 26 March, 2020

    Tamamilə razıyam, Isveçdə yaşayan biri kimi. Hətta deyərəm ki, avropalılar bizimkilərin bir çoxundan da ailəcanlı olurlar...

  • @viefrancaise 26 March, 2020

    #instagram #f4f #follow #picoftheday #parisienne #france #mytravelgram #holiday #travel #hello_france #merveillesdefrance #gezeyenler #travelblogger #travelphotography #stayathome